17:07 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
O, ölkənin 2021-ci il üzrə dövlət büdcəsinin iqtisadi böhran əleyhinə olacağını, vətəndaşlar və biznesə dəstəyə yönələcəyini deyib: “Bizim nazirliyin də əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb.
Gələn il Gürcüstanda pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq”.