11:12 - 11.12.2020
11 dekabr, Fineko/abc.az. Azərbaycanda məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb.
Onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.
Müəllif: Elmir Murad