Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

11:36 - 20.02.2018


20 fevral, Fineko/abc.az. Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, fevralın 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həyata keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.