16:28 - 9.12.2020
9 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən bildiriblər. Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 dəfə artıb. İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 120 Türkiyə vətəndaşı səfər edib.
27 İyul 2026