İcazə sistemi bərpa olunur – Küçəyə çıxmaq üçün detallar

15:06 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Operativ Qərərgah ölkədə sərt karantin rejiminin bərpası ilə bağlı qərar verib.

ABC.AZ-ın məlumatına görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.