14:32 - 26.11.2020
26 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəyə ən çox Rusiyadan məhsul idxal edib.
Bununla yanaşı 10 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 629,3 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 271,9 milyon dollar, Çindən isə 1 milyard 144,4 milyon dollar olub.
Müəllif: Elmir Murad