16:31 - 24.11.2020
24 noyabr, Fineko/abc.az. Koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhran səbəbindən 2020-ci ilin yekunlarına əsasən, Gürcüstanda 100 000 insan işini itirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
Qeyd olunub ki, cari ildə işsizlik səviyyəsi 4% artacaq. Buna müvafiq olaraq, işsizlik göstəricisi 16,3% təşkil edəcək. 2019-cu ildə bu göstərici 12,3%-ə bərabər olub.
Müəllif: Elmir Murad
27 İyul 2026
28 İyul 2026