11:35 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 33 755,8 min ABŞ dolları dəyərində 81 320,7 ton kartof ixrac olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ötən ilin 9 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,8% üstələyir.
Qeyd olunan dövrdə ölkəyə 28 168,3 min dolları dəyərində 104,3 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 1,1%, həcm baxımından isə 4,6% artıb.
Müəllif: Elmir Murad