11:31 - 18.11.2020
18 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunan çayın həcmini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügüdən dövrdə ölkədən 1121 ton çay ixrac edilib. İxrac edilən çayın dəyəri 7,7 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə dəyəri 7,6 milyon dollar olmaqla 1186 ton çay ixrac edilib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026