10:47 - 18.11.2020
18 noyabr, Fineko/abc.az. Mərkəzi Bankının bu il mayın 19-da lisenziyasını ləğv etdiyi "Standard Insurance" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin keçmiş sədri Anar Sadıxov yeni yaradılmış şirkətin direktoru təyin olunub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, söhbət "Lab Test" QSC-dən gedir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu səhmdar cəmiyyətini bu il oktyabrın 8-də dövlət qeydiyyatına alıb.
Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 115, nizamnamə kapitalı isə 2 min manatdır.
4 Avqust 2026
4 Avqust 2026