16:10 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunan alkoqollu və alkoqolsuz içkilər və sirkənin həcmi bəlli olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 ayda xaricə 9 milyon 667 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə satılıb.
Müqayisə üçün qeyd edək ki, ixracın dəyəri ötən ilin müvafiq dövrünə nisbətdə 2.2 dəfə azalıb. 2019-cu ilin yanvar-oktyabr aylarında qeyd olunan məhsulların ölkədən ixracının dəyəri 21 milyon 439 min dollar təşkil edib.
8 Avqust 2026
8 Avqust 2026