Buğda idxalı azalıb – Hesabat

11:51 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında Azərbaycanın idxal etdiyi buğdanın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycan 243,4 milyon ABŞ dolları dəyərində 1 141,6 min ton buğda idxal edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 51,5 milyon dollar və ya 229,4 min ton az idxal deməkdir.

Müəllif: Elmir Murad