11:14 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. 2020-ci ilin 10 ayında xarici Azərbaycanım xarici ölkələrdən idxal etdiyi südün həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabat tipli aylıq statistikasına istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycana 13 milyon 413 min dollar dəyərində 8 min 304 ton süd idxal olunub.
Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə süd idxalının dəyər ifadəsilə 17,5%, miqdar ifadəsilə 18,5% artdığını göstərir.
Qeyd edək ki, 2019-cu ilin 10 ayında Azərbaycana 11 milyon 407 min dollar dəyərində 7 min 3 ton süd idxal olunmuşdu.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026