15:00 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Xocalı Rayon Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
ABC.AZ-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.
Onun yerinə DYPB-nin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib.