Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi nə qədər olub? - Hesabat

15:14 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1%, ötən ilin oktyabr ayına nisbətən 101,4% olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100% təşkil edib. Ötən ilin oktyabr ayına nisbətən isə 100,3% təşkil edib.

Elmir Murad