11:50 - 5.11.2020
5 noyabr, Fineko/abc.az. Böyük Britaniyanın ən böyük pərakəndə satış şəbəkələrindən olan “Marks & Spencer” (M&S) bu ilin 26 fevral-26 sentyabr tarixlərində 87,6 milyon funt sterlinq zərər edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki, şirkət ötən ilin eyni dövründə 158,8 milyon funt-sterlinq mənfəət əldə etmişdi.
Xarici mətbuat xəbər verir ki, bu, şirkətin tarixində 94 ildən sonra ilk dəfə baş verib. Hesabat dövründə satış şəbəkəsinin gəlirləri 15,8% azalaraq 4,09 milyard funt sterlinqə düşüb.
Qeyd edək ki, “Marks & Spencer” Azərbaycanda da ("Port Baku"da) fəaliyyət göstərir.