12:21 - 12.02.2018
12 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 12-dən uçot dərəcəsini 15%-dən 13%-ə endirdi.
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, həmçinin, faiz dəhlizinin aşağı (10%-dən 8%-ə qədər) və yuxarı (18%-dən 16%-ə qədər) hədləri də endirildi.
“Uçot dərəcəsi, ölkədəki orta illik inflyasiyanın bir rəqəmli səviyyəyə qədər enməsi və xarici balansın yaxşılaşdırılması üzrə proqnoz nəzərə alınmaqla endirilmişdir”, - deyə E.Rüstəmov bildirdi.
Onun sözlərinə görə, bank faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanılarsa, o zaman, uçot dərəcəsinin əlavə endirilməsi mümkündür.
30 İyul 2026
29 İyul 2026