15:16 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir.
ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Tərtərə minlərlə mərmi düşüb: “Tərtər Gəncə kimi böyük şəhər deyil. Amma bu gün səhər iki saat yarım ərzində Tərtərə 100-dən çox mərmi düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə də getmirlər və “öldü var, döndü yoxdur” deyirlər. Ağdamda, Goranboyda, Ağcabədidə, təmas xəttinə daha yaxın olan bütün bölgələrdə olan sakinlərimiz düşmənlə üz-üzə yaşamağa öyrəşiblər".
30 İyul 2026
29 İyul 2026