17:40 - 11.10.2020
11 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Ermənistanın Gəncəyə artilleriya zərbələri endirməsi barədə özünün "Twitter" səhifəsində paylaşım edib.
ABC.AZ xəbər verir ki, Prezident Azərbaycanın bütün bunlara layiqli cavab verəcəyini bildirib.
"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək! Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!", - deyə İlham Əliyev vurğulayıb.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026