10:54 - 6.02.2018
6 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan gəlirli neftin satışından 651,6 milyon dollar əldə edib.
2001-ci ildən 2018-ci ilin fevralın 1-nə qədər Azərbaycanın AÇG-dən gəlirli neftin satışından ARDNF-na ümumilikdə 129,137 milyard dollar daxil olub, “Şah-Dəniz” yatağından qazın ixracından isə, 2007-ci ildən 2018-ci ilin fevralın 1-nə qədər 2,506 milyard dollar daxil olub.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026