Bu nazirlik 9 ayda 165 icazələr verib – Detallar

10:51 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Bu ilin III rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 46 icazə verib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, icazələrin 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub.

Ümumilikdə bu ilin yanvar-sentyabr aylarına isə nazirlik 165 icazə verib ki, bunun da 154-nü idxal, 7-ni ixrac, 4-nü isə tranzitlə bağlı icazələr təşkil edib.