Ermənistanın 11 gündə Azərbaycana vurduğu ziyan – Detallar

15:40 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Baş Prokurorluq sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan müki əhalisinin atəşə tutulması nəticəsində baş verən cinayətlərə dair son statistikanı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, erməni terroru nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan əlavə, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb.