Paşinyanın Baş müşaviri ermənilərin Azərbaycanın dinc əhalisini hədəf aldığını etiraf edib - VİDEO

12:02 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyanın Baş müşaviri Vaqarşak Arutyunyan cox ciddi rezonans doğuracaq etiraf edib.

ABC.AZ xəbər verir ki, o Rusiyanın "Rossiya 1" telekanalına müsahibəsində Ermənistan ordusunun dinc əhalini hədəf aldıqlarını etiraf edib.

V.Arutyunyan Ermənistan ordusunun Azərbaycan ərazisindəki dinc yaşayış məskənlərini hədəf alacağını açıqlayıb.

Onun sözlərinə görə, hazırda artilleriya qurğularının və hava hücumundan müdafiə sistemlərinin vurulması üzrə taktika hazırlanıb, daha sonra isə panika yaratmaq üçün dinc yaşayış məntəqələri vurulacaq. Arutyunyanın bu açıqlamasından sonra müsahibənin davamının efirə verilməsi dayandırılıb.

 

https://www.youtube.com/watch?v=Apl8yvRTZ7A

Müəllif: Elmir Murad