Türkiyədə aylar üzrə inflyasiya belə olub – Detallar

14:56 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Türkiyədə sentyabr ayında qeydə alınmış inflyasiyanın miqdarı barədə açıqılama verilib.

ABC.AZ Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, qardaş ölkədə istehlakçı qiymətlər sentyabrda avqust ilə müqayisədə (aylıq) 0.97%, ötən ilin dekabr ayı ilə müqayisədə 8.33%, ötən ilin sentyabr ayı ilə müqayisədə (illik) isə 11.75% artım qeydə alınıb. Bununla yanaşı on iki aylıq orta inflyasiya 11.47% olub.

Müəllif: Elmir Murad