Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
19:40 - 30.09.2020
30 sentyabr, Fineko/abc.az. Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan
ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.
Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.