Zakir Həsənov: "Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub"
15:32 - 27.09.2020
27 sentyabr, Fineko/abc.az. "Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə Sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub".
ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib.
"Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir", - Zakir Həsənov vurğulayıb.