10:45 - 23.09.2020
23 sentyabr, Fineko/abc.az. Naxçıvan Muxtar respublikasında 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 976 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
ABC.AZ MR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Belə ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun (ÜDM) həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 4000 manata çatıb.
Müəllif: Elmir Murad