12:34 - 16.09.2020
16 sentyabr, Fineko/abc.az. Baş Nazir, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasda Prezidentin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.
AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026