12:24 - 15.09.2020
15 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib. İllik müqayisədə pul köçürmələrinin məbləği 3,6 dəfə artıb.
Ötən ay qonşu ölkəyə xaricdən daxil olan pul köçürmələrinin 3,8%-I Azərbaycanın payına düşüb. Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,4 milyon dollar pul köçürülüb.
Bu, illik müqayisədə 0,1 milyon dollar azdır.
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026