Səkkiz ayda Azərbaycana bu qədər avtomobil gətirilib – Hesabat

16:34 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycana 399 milyon 498 min dollar dəyərində 33 min 178 ədəd avtomobil idxal edilib.

Bu  ötən ilin 8 ayı ilə müqayisədə təxminən 24,3% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana 26 min 695 ədəd avtomobil idxal edilmişdi.

Müəllif: Elmir Murad