09:54 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. Bu gün 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.
ABC.AZ-ın məlumatına görə, 72 günlük fasilədən sonra metro yenidən açılaraq sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, sentyabrın 30-dək metronun fəaliyyəti şənbə və bazar günləri dayandırılacaq.
Müəllif: Elmir Murad