16:29 - 11.09.2020
11 sentyabr, Fineko/abc.az. Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən edilən qaydada sərnişinlərin xidmətində olacaq.
Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək.
Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə, sentyabrın 12-si saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026