İsmayıllı-Şəki yolu təmir olunur – 4530 kvadratmetr sahəyə asfalt vurulacaq

16:20 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-28–ci kilometrində təmir işləri aparılır.

ABC.AZ-ın məlumatına görə, avtomobil yolunun təmir olunan hissəsi əsasən İsmayıllı şəhərinin ərazisindən keçir.

Ümumilikdə 4530 kvadratmetr sahədə asfalt örtük döşənəcək. Artıq bəzi hissələrdə asfalt çəkilişinə başlanılıb.

Qeyd edək ki, növbəti mərhələdə Sumağalı-Qulacıq və İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yollarının cari təmiri nəzərdə tutulub.