16:36 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı rayonunda Toxum Emalı zavodunun xarici kommunikasiya təchizatı və söüküntü işləri üçün tender keçirir.
Tenderdə iştirak haqqı 200 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 30.09.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.10.2020 18:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 09.10.2020 12:00 tarixində aparılacaq.
Telefon: (994 12) 498-08-44
Əlaqələndirici şəxs: Kamil Şirinov
4 Avqust 2026
4 Avqust 2026