16:40 - 3.09.2020
3 sentyabr, Fineko/abc.az. Bu ilin səkkiz ayında 80 sahibkarlıq subyektinə 6 milyon 308 min manat ixrac təşviqi geri ödənilib.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyalarln Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev mətbuat konfransında deyib.
O qeyd edib ki, ixrac olunan məhsulların dəyəri 111 milyon 170 min dollar olub.
2016-2020-ci illərdə ödənilən ixrac təşviqinin məbləği 23 milyon 261 min manat təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026