14:34 - 3.09.2020
3 sentyabr, Fineko/abc.az. Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Məlumata əsasən illik inflyasiya isə 4,8%-ə bərabər olub. Hesabata əsasən, avqustda meyvə və üzüm 10,6%, tərəvəz 2,8%, qəhvə, çay və kakaonun qiyməti 0,7% azalsa da süd, pendir və yumurtanın qiyməti 2,2% bahalaşıb. İllik inflyasiyaya gəlincə, bir il ərzində qida məhsulları və alkoqolsuz içkilərin qiymətində 9,2%, alkoqollu içkilər və tütünün qiymətində isə 8,9% artım qeydə alınıb.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026