Gələn il də manatın dollar qarşısında məzənnəsi dəyişməyəcək – Yenə 1,7 qaldı

12:18 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Gələn il Azərbaycanda manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunub ki, məzənnə makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq belə götürülüb.

Açıqlamada Maliyyə Nazirliyinin inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəyi də qeyd olunub.

Müəllif: Elmir Murad