Daha bir piyada keçidi inşa edildi – 180 metr uzunluğunda

11:24 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ABC.AZ-a bildirilib ki, piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir.

Üç dayaqlı keçidin orta hissəsi uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuş keçiddə, həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cü keçiddir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada kieçidləri inşa edilib.

Müəllif: Elmir Murad