14:51 - 1.09.2020
1 sentyabr, Fineko/abc.az. Baş Nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərarı imzalayıb.
ABC.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, “sentyabrın 1-dək” sözləri “noyabrın 1-dək” sözləri ilə əvəz edilib.
Həmin qərara əlavə – “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilib.
“Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılıb.
4 Avqust 2026
4 Avqust 2026