15:30 - 31.08.2020
31 avqust, Fineko/abc.az. 29 sentyabr tarixində 43 dövlət əmlakının hərracı keçiriləcək.
Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumat verilib.
Qeyd olunur ki, hərraca çıxarılanlardan 27-si kiçik dövlət müəssisəsi və obyekti, 3-ü yarımçıq tikili, 13-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/2QB9WAV, https://bit.ly/3jqX0K8, https://bit.ly/34OTYLS).
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026