10:38 - 29.08.2020
29 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb.
Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026