Azərbaycan MDB ölkələrindən 1 mlrd dollardan artıq məhsul idxal edib

14:20 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 809 milyon 899 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Qeyd olunur ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 60,8 milyon dollar çoxdur.

Bu ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 529 milyon 876 min dollar olub.