Azəriqaz yeni pilot layihəyə başlayıb

12:13 - 25.08.2020


25 avqust, Fineko/abc.az. “Azəriqaz” İB məsləhət xidmətləri üzrə pilot layihənin həyata keçirilməsinə başlayıb.

Bu barədə ABC.AZ-a “Azəriqaz”-dan məlumat verilib.

Qeyd olunur ki, layihəyə görə əməliyyat səmərəliliyi, qaz itkisi sisteminin təkmilləşdirilməsi, qaz şəbəkəsinin yenidən qurulması, nəqliyyat dəstəyi istiqamətləri üzrə tövsiyyələrin hazırlanması, icra prosesinə müşahidə dəstəyinin göstərilməsi, “Azəriqaz” İB-nin işçi qrupu üçün təlimlərin təşkili planlaşdırılıb.

Bakı şəhərinin Sabunçu rayonunda reallaşdırılan pilot layihəyə 01.06.2020-ci il tarixindən start verilib. Plan üzrə işlər 8 ay davam edəcək.