16:49 - 21.08.2020
21 avqust, Fineko/abc.az. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək. Çünki tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azərbaycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Bu, ölkəmizdə görülən işləri əks etdirir.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 21-də “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.
İnsanların yaşayış səviyyəsinin yaxşılaşdığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.
10 Avqust 2026