14:14 - 20.08.2020
20 avqust, Fineko/abc.az. Gürcüstan Milli Statistika İdarəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 21 milyon 689,3 min dollar dəyərində elektrik enerjisi idxal edib.
Bildirilib ki, Azərbaycandan idxal olunan elektrik enerjisinin dəyəri 31,3 faiz və ya 899,7 min dollar azalıb.
Qeyd olunur ki, Gürcüstan 2019-cu ilin ilk 7 ayında Azərbaycandan 31 milyon 589 min dollar dəyərində elektrik enerjisi idxal edib.
10 Avqust 2026