09:56 - 20.08.2020
20 avqust, Fineko/abc.az. Cümə axşamı ticarət zamanı neftin etalon markalarının qiyməti azalır.
Saat 9:20-də, London ICE Futures birjasında Brent-in oktyabr fyuçersinin qiyməti $0,36 (0,79%) – barrel başına $45,01-ə qədər azalıb. Avqustun 19-da keçirilən hərracların nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin qiyməti bir barel üçün 0,09 dollar (0,2%) - 45,37 dollara düşüb.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,25 (0,58%) – bir barel üçün $42,49-a düşdü. Avqustun 19-da keçirilən ticarətin nəticələrinə görə, WTI-nin sentyabr fyuçersinin qiyməti bir barelə 0,04 (0,1%) $42,93 səviyyəsinə yüksəldi.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026