Son yeddi ayda TANAP-la 2,4 milyard kubmetr qaz nəql edilib

16:17 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyinin  məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, 2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 milyard kubmetr qaz nəql edilib.

Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust  tarixinədək ümumilikdə 543,3 milyon ton neft hasil edilib və 542,7 milyon ton neft ixraca nəql edilib

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172 milyard kubmetr, “Şahdəniz”dən isə 127,8 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 avqust tarixinədək 84,7 milyard kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neft emalı isə 2020-ci ilin 7 ayında 3,5 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.