14:44 - 18.08.2020
18 avqust, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur.
Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 mln. manat, 2018-ci ildə 179,7 mln. manat, 2019-cu ildə 338,5 mln. manat, cari ilin 6 ayı ərzində isə 278,4 mln. manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 166,3 mln. manat, faiz nisbəti ilə isə 148 % artım deməkdir.
Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 mln. manat, 2018-ci ildə 48,4 mln. manat, 2019-cu ildə 197,4 mln. manat, cari ilin 6 ayı ərzində isə 164,3 mln. manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 mln. manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026