11:44 - 18.08.2020
18 avqust, Fineko/abc.az. “Azərişıq” ASC Yevlax və Goranboy rayonları ərazisində Aqroparkın elektrik təchizatı üçün 35/0.4 kV-luq yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması , 35 kV-luq hava xəttinin çəkilməsi və 35/0,4 kV-luq KTM-lərin quraşdırılması işlərinin satın alınması üçün tender keçirir.
Tenderdə iştirak haqqı 400 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 04.09.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.09.2020 20:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 15.09.2020 16:00 tarixində aparılacaq.
Telefon: (994 12) 440-39-93 (23-71)
Əlaqələndirici şəxs: Namiq Heybətov
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026