Cari ildə Azərbaycandan 705,7 min ton neft məhsulları göndərilib

10:51 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında ölkədən 705,7 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 194,4 milyon dollardan çox olub.

Bu barədə ABC.AZ-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd edək ki, keçən ilin ilk 7 ayında Azərbaycandan 611,3 min ton neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 306,7 milyon dollar olmuşdu.